Olaf Şolts şərtini açıqladı – “Yenidən kansler olsam…”
Almaniya kansleri Olaf Şolts Rusiya ilə gərginliyin qarşısını alacağına söz verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Berlində SPD-nin tədbirində çıxış edərkən Şolts bildirib ki, bu, Almaniyadakı seçicilərin onun partiyasına səs verəcəyi və özü yenidən kansler olacağı təqdirdə mümkün olacaq.
“Bir çox insanlar Avropada təhlükəsizlik və sülhdən narahatdırlar və qorxurlar. Ona görə də mən yalnı o işləri həyata keçirəcəyəm ki, onlar vəziyyətin daha da gərginləşməsinə kömək etməyəcək”, - deyə kansler əlavə edib.
Şolts nəzərə çatdırıb ki, xüsusilə də Ukraynaya “Taurus” raketləri vermək istəmir: “Hər kəsin etibar edə biləcəyi aydın bir kurs formalaşdırmağımız vacibdir”.
Kansler hesab edir ki, demokratik partiyalara səs verməyi sevən vətəndaşlar bu partiyalardan hansının müdriklik öhdəliyi götürdüyünü çox yaxşı bilirlər.
Xatirə SADİQ