Filip Kirkorov daha Ukraynanın xalq artisti deyil – Zelenski fərman imzaladı
Ukrayna prezidenti Volodimir Zelenski əksəriyyəti Rusiyada yaşayan və işləyən tanınmış şəxslər olan 34 nəfərin dövlət mükafatlarından həmişəlik məhrum edilməsi haqqında fərman imzalayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “RBC” telekanalı məlumat yayıb.
Fərmana əsasən, müğənnilər Nikolay Baskov, Filipp Kirkorov, Aleksandr Malinin və bəstəkar İqor Krutoy Ukraynanın xalq artisti fəzri adından məhrum ediliblər. Müğənnilər Ani Lorak və Taisiya Povaliy isə Ukraynanın əməkdar artisti fəxri adını itiriblər.
Ruspərəstlik Ukraynanın keçmiş baş naziri Nikolay Azarov və keçmiş xalq deputatı Viktor Medvedçuka da baha başa gəlib. Onlar I-III dərəcəli “Xidmətlərə görə” ordenindən, V dərəcəli knyaz Müdrik Yaroslav ordenindən və Ukraynanın əməkdar iqtisadçısı fəxri adından məhrum ediliblər.
Ukrayna dövləti Rus Pravoslav Kilsəsinin primatı Patriarx Kirili də unutmayıb. O, I dərəcəli knyaz Müdrik Yaroslav ordenindən məhrum olunub.
Sənəd sadalanan şəxslərə qarşı sanksiyaların tətbiqini də nəzərdə tutur.
Xatirə SADİQ