Qərar verildi, paytaxt dəyişdirilir - Rəsmi
Pezeşkian paytaxtın Tehrandan köçürülməsi planının hazırlanmasına başlandığını açıqlayıb.
İran prezidenti Məsud Pezeşkian hökumətin iclasında İslam Respublikasının paytaxtının köçürülməsi planının hazırlanmasına başlandığını elan edib.
Onun sözlərinə görə, prezident planın hazırlanmasına məsul vəzifəsini birinci müavini Məhəmməd Rza Arefi təyin edib.
"Bu məsələyə məhəl qoymamaq gələcəkdə ölkəmizin ekoloji böhran və bir çox başqa problemlərlə üzləşməsinə səbəb ola bilər", - Pezeşkian qeyd edib.
Sentyabrın 7-də İran prezidenti İslam Respublikasının paytaxtının Tehrandan Fars körfəzi sahillərinə köçürülməsinin zəruriliyini bəyan edib. (milli.az)