Peskov ABŞ-dən şikayətləndi - “Bu, əslində təhdiddir”

“Amerika Birləşmiş Ştatlarının Hindistandan Rusiya nefti ilə bağlı tələbləri əslində təhdiddir”. 

Aug 5, 2025 - 13:59
Peskov ABŞ-dən şikayətləndi - “Bu, əslində təhdiddir”

SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz faktiki təhdid olan çoxlu bəyanatlar eşidirik. Ölkələri Rusiya ilə ticarət əlaqələrini dayandırmağa məcbur etmək cəhdlərini nəzərdə tuturam. Biz belə bəyanatları qanuni hesab etmirik”, - deyə Peskov vurğulayıb.

Xatırladaq ki, Hindistan Rusiyadan neft alışını ABŞ prezidenti Donald Trampın buna görə Dehliyə yüksək rüsum tətbiq edəcəyi barədə açıqlamasından sonra dayandırıb. 

Xatirə SADİQ