“Putinə etibar etmək üçün səbəbim yoxdur” – Almaniya kansleri

Rusiya lideri Vladimir Putinin hazırda Ukrayna ilə müharibəni dayandırmaq və ya sülh razılaşması əldə etmək üçün heç bir əsası yoxdur.

Sep 3, 2025 - 14:24
“Putinə etibar etmək üçün səbəbim yoxdur” – Almaniya kansleri

SAVASHMEDİA.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts yerli Sat.1 telekanalına müsahibəsində deyib.

Merts bildirib ki, onun rus diktatoruna etibar etmək üçün heç bir səbəbi yoxdur.

“O, yalnız onun üçün əlverişli olanda danışıqlara hazır olacaq. İndi onun (Putinin, - red.) fikrincə, müharibəni davam etdirmək ona sərf edir. O, əraziləri işğal edir. O, bizim burada Avropada, Amerikada apardığımız müzakirələri görür. O, görür ki, Amerika prezidentinin onunla necə davrandığını görür. O, görür ki, dünyanın digər dövlət başçıları və hökumət başçıları onunla necə davranır. Mən yalnız açar sözünü – “Şanxay Konfransı”nı deyəcəyəm”, - deyə alman kansleri əlavə edib. 

Merts hesab edir ki, Kremlin mövqeyini dəyişmək üçün Rusiyanı müharibədən çıxış yolu axtarmağa məcbur edəcək şərait yaratmaq lazımdır. Bunu ilk növbədə iqtisadi vasitələrlə – Rusiya hərbi iqtisadiyyatını tükəndirməklə həyata keçirmək olar.

Kansler buna nümunə olaraq, Rusiya ilə ticarəti aktiv şəkildə davam etdirən ölkələr üçün tariflərin tətbiqini təklif edib.

Xatirə SADİQ