“Nə sui-qəsd? Belə şey yoxdur” - Putinin köməkçisindən Trampa cavab

Rusiya, Çin və Şimali Koreya liderləri İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etmək üçün Pekində keçirilən hərbi parada toplaşmaqla “ABŞ-a qarşı sui-qəsd” qurmayıblar. 

Sep 3, 2025 - 14:35
“Nə sui-qəsd? Belə şey yoxdur” - Putinin köməkçisindən Trampa cavab

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Putinin köməkçisi Yuri Uşakov bildirib.

“Demək istəyirəm ki, heç kim heç bir sui-qəsd qurmur, heç kim heç nə “hörməyib”, üstəlik, bu heç kimin, bu üç liderdən heç birinin ağlına belə gəlməyib”, - deyə Uşakov iddia edib. 

Kreml nümayəndəsinin sözlərinə görə, Moskvada, Pekində və Pxenyanda ABŞ, Ağ Ev administrasiyası və şəxsən prezident Donald Trampın “indiki beynəlxalq vəziyyətdə” hansı rol oynadığını “hamı anlayır”. 

Uşakov diqqətə çatdırıb ki, Trampın “sui-qəsd” sözünü ironiyalı şəkildə xatırlatdığına ümid edir. 

Amerika prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən və 20-dən çox ölkə liderinin iştirak etdiyi 25-ci sammit fonunda bildirib ki, Çin və Rusiyanın ABŞ-a qarşı “mehvər formalaşdırmasından” qətiyyən qorxmur. 

“Bu gün dünyanın ən güclü ordusuna sahibik. Onlar heç vaxt öz ordusundan bizə qarşı istifadə etməzlər. Mənə inanın, bu, onların edə biləcəyi ən pis şey olardı”, - deyə Tramp vurğulayıb. 

Çin, Rusiya və Şimali Koreya liderlərinin Amçerikaya qarşı sui-qəsd hazırladığını vurğulayan Tramp ABŞ-nin vaxtilə Çinə “düşmən xarici işğalçıdan azad olmaqda” kömək etdiyini və çoxlu amerikalıların Çinin qələbəsi və şöhrəti uğrunda həlak olduğunu xatırladıb.  

Xatirə SADİQ