"Sual verdilər, o da cavab verdi" - Peskov Putinin müdafiəsinə qalxdı

“Rusiya prezidenti Vladimir Putin Rusiyanın “Oreşnik” raketinin zəifliyi ilə bağlı suala cavab olaraq Qərbi “texnoloji duelə” çağırıb”.

Dec 20, 2024 - 15:24
"Sual verdilər, o da cavab verdi" - Peskov Putinin müdafiəsinə qalxdı

SAVASHMEDİA.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, axı onun təşəbbüsü deyildi, ondan raketin mümkün zəifliklərini izah etmək xahiş edildi və buna görə də prezident, adətən etdiyi kimi, bu raketin necə işlədiyi, onun mövcud hava hücumundan müdafiə sistemlərinə necə yaxalanmadığı və sair barədə kifayət qədər ətraflı danışdı”, - o bildirib. 

Peskov xatırladıb ki, Rusiya öz ərazisinin dərinliklərinə Qərb silahları ilə edilən hücumlara hər dəfə cavab verəcək.

Xatırladaq ki, dünən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Putin “yüksək texnologiyalı duel” təklif edib: “Qoy onlar [Qərb] bütün hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini yığsınlar, hədəf seçsinlər – məsələn, Kiyevdə... və biz “Oreshnik”lə zərbə endirərik və görək nə baş verəcək”.

Ukrayna prezidenti Volodimir Zelenski “duel” ideyasına qeyri-normativ sözlə cavab verib. 

Xatirə SADİQ