“Putin elə bilir, bu onun xeyrinədir, ancaq..." - Tramp təyyarədən mesaj verdi
ABŞ prezidenti Donald Tramp Alyaskaya gedərkən Air Force One təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.
SAVASHMEDİA.az bu barədə Clash Report-un X səhifəsinə istinadən xəbər verir.
Tramp qeyd edib ki, ərazi mübadiləsi məsələsi danışıqların gündəmindədir, amma o, Ukraynaya bu qərarı verməsinə icazə verməlidir.
Ağ Evin başçısı Ukraynanın təhlükəsizlik təminatlarından da danışıb: “Bəli, ola bilsin, Avropa və digər ölkələrlə birlikdə. Amma NATO formasında deyil”.
Tramp həmçinin deyib ki, Putin müharibəni davam etdirərsə, “çox ciddi fəsadlarla” üzləşəcək: “Rusiyanın iqtisadi işləri yaxşı getmir”.
Rusiyanın Ukraynaya hücumlarını Tramp belə şərh edib: “Putin bunun ona kömək etdiyini düşünür, amma əslində ona zərər verir”.
Xatirə SADİQ