Teleməkan dərəbəylikdir - REPLİKA
Ailə TV buna əmindir.
Ailə TV kabel televiziyası Ermənistanda və Rusiya erməniləri arasında çox populyardır. Onu uydurma qədim Ermənistan dövlətinin qondarma paytaxtı sayılan Ani şəhəri adına "ani" televiziya kanalını yayımladığına görə sevirlər.
Bu gecə saat 3 tamamda “Ailə Kinozal”da təbiət haqqında elmi sənədli filmin nümayişini gözlənilmədən kəsərək metal emalı mövzusunda başqa sənədli filmə keçildi.
Əgər Ailə TV-nin rəhbərliyi hesab edirsə ki, gecə vaxtı televizora, yaxud onun kanalına baxan yoxdur, ümumiyyətlə veriliş göstərmək nəyə lazımdır?! Yayım tamamilə dayandırılarsa, elektrik enerjisinə də qənaət olunar, əsəblərə də.
Haqqında danışılan hadisə Ailə TV-nin iş praktikasında normal hesab olunur. Təşkilatın qüsurlu fəaliyyəti mediada əvvəllər də tənqid edilib.
S.SƏİD