Trampdan Sumının vurulmasına reaksiya – “Səhvə yol verdilər” 

ABŞ prezidenti Donald Tramp Rusiyanın ən azı 34 nəfərin ölümünə səbəb olan şəhərini vurmasını “səhvə yol verilməsi” kimi dəyərləndirib.

Apr 14, 2025 - 11:15
Trampdan Sumının vurulmasına reaksiya – “Səhvə yol verdilər” 

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. 

“Düşünürəm ki, bu dəhşətli olub. Və mənə dedilər ki, onlar səhvə yol veriblər. Amma mən düşünürəm ki, bu, dəhşətli bir şeydir”, - deyə Tramp “Air Force One” təyyarəsinin göyərtəsindəki jurnalistlərə bildirib. 

ABŞ prezidenti “səhv” barədə kimin məlumat verdiyinə aydınlıq gətirməyib və yenə də “prezident olsaydı, müharibənin başlamasına imkan verməzdi” tavtalogiyasını təkrarlayıb. 

“Hesab edirəm ki, bütün müharibələr dəhşətlidir. Hesab edirəm ki, bu müharibəyə başlamaq səlahiyyətdən sui-istifadədir. Əgər mən prezident olsaydım, bu ölkə heç vaxt bu müharibənin baş verməsinə imkan verməzdi. Bu müharibə biabırçılıqdır", - deyə Tramp vurğulayıb.

Rusiyanın "səhv"i mənasında nəyi nəzərdə tutduğunu izah etmək xahişinə Tramp belə cavab verib: “Onlar səhv etdilər. Hesab edirəm ki, elə belə də olub. Baxın, onlardan soruşa bilərsiniz”.

Xatirə SADİQ