Zelenskidən Trampa çağırış – “Kimə baş qoşduğunuzu anlayacaqsınız”
Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampı ölkəsinə səfərə dəvət edib.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu dəvəti CBS News telekanalına müsahibəsində səsləndirib.
Zelenskinin fikrincə, ABŞ prezidenti Donald Tramp Ukraynada atəşkəs danışıqları ilə bağlı qərar və planlar qəbul etməzdən əvvəl burada baş verənləri anlamaq üçün Ukraynaya səfərə gəlməlidir.
“Biz sizin mövqeyinizə hörmət edirik. Amma, lütfən, hər hansı bir qərar verməkdən, danışıqlar üçün hər hansı plan hazırlamaqdan əvvəl gəlin, məhv edilmiş və ya öldürülmüş insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın. Gəlin, baxın və sonra müharibəni bitirmək planı üzrə irəliləyəcəyik. Kimə baş qoşduğunuzu anlayacaqsınız. Siz anlayacaqsınız ki, Putin nə edib”, - deyə Zelenski izah edib.
Xatirə SADİQ