Məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi - FOTO/VİDEO

Türkiyənin məşhur müğənnisi Lara təcili xəstəxanaya yerləşdirilib.

Aug 12, 2025 - 12:46
Məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi - FOTO/VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə müğənni özü məlumat yayıb.

Xəstəxanadan şəkil paylaşan Lara ağır qripə yoluxduğunu bildirib:

“5 gündür ki, qrip məni yerə sərib. Telefona cavab verə bilmirəm. Zəng edib soruşan hər kəsə təşəkkür edirəm, amma dediyim kimi, telefona cavab verə bilmirəm. İnşallah bir neçə günə sağalıb Yozgat konsertinə əla formada gedəcəyəm".

Qeyd edək ki, müğənni iki il əvvəl iranlı voleybolçu Mehdi Kərimi ilə ailə qurub.

Banu