Sumıda yaralananların sayı 119 nəfərə çatdı
Rusiyanın Ukraynanın Sumı şəhərinə endirdiyi raket zərbəsi nəticəsində xəsarət alanların sayı 15-i uşaq olmaqla 119 nəfərə çatıb.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidmətinin Sumı vilayəti üzrə nümayəndəsi Oleq Strelka deyib.
Onun sözlərinə görə, aprelin 14-ü səhər saatlarına olan məlumata görə, ölənlərin sayı dəyişməz qalıb. Onlar 7 uşaq olmaqla 34 nəfər təşkil edir.
Xatırladaq ki, aprelin 13-də səhər saatlarında xristianların bayramı olan Axır Bazar Günündə Rusiyanın Sumı şəhərinin mərkəzinə raket zərbəsi endirib. Bu dəhşətli hadisə zamanı çoxlu sayda mülki şəxslər həlak olub və yaralanıb. Ölənlərin arasında 2025-ci ildə doğulmuş körpə də olub.
Xatirə SADİQ