Bayden gələn ilə qədər Ukraynanı silahla təmin edib – “The Wall Street Journal”
ABŞ-nin keçmiş prezidenti Co Bayden vəzifəsini tərk etməkdən öncə 2026-cı ilə qədər ölkəsindən Ukraynaya silah tədarükünü təşkil edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.
Nəşr qeyd edib ki, bununla da Co Bayden Ukraynaya mümkün qədər uzun müddət mübarizəni davam etdirmək imkanı yaratmağa çalışın. Onun administrasiyası ABŞ-nin mövcud ehtiyatlarından silah göndərib və sursat, hava hücumundan müdafiə vasitələri, nəqliyyat vasitələri və digər materialların alınması üçün ABŞ müdafiə sənayesi ilə müqavilələr imzalayıb.
Pentaqonun keçmiş yüksəkvəzifəli əməkdaşı Selesta Uollander deyib ki, bu güc mövqeyindən danışıq aparmaq və Putinə ukraynalıların mübarizəni davam etdirə biləcəyini göstərmək üşün edilib.
Nəşr yazır ki, lakin indiki prezident Donald Tramp ukraynalı həmkarına hücum edərək başqa taktika seçib.
Qeyd edək ki, Zelenski ölkəsinin bu ilin sonunadək müharibəni bitirmək istədiyini bəyan edib.
Xatirə SADİQ