Zelenski ABŞ prezidenti ilə Berlindən danışacaq
Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü Avropa liderləri və ABŞ prezidenti Donald Tramp ilə birgə videokonfransa qatılmaq üçün Berlinə səfər edib.
SAVASHMEDIA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə bildirib.
“Prezident bu gün Berlində işləyir. Federal kansler Fridrix Mertslə ikitərəfli görüş olacaq. Sonra onlar birlikdə Avropa liderləri, NATO-nun baş katibi Rutte və ABŞ prezidenti Trampla videokonfransda iştirak edəcəklər”.
Videokonfransdan və Almaniya kansleri Fridrix Mertslə ikitərəfli görüşdən başqa “qətiyyətli koalisiya”nın onlayn görüşü planlaşdırılır.
Prezident sözçüsü əlavə edib ki, görüşdən sonra Zelenski və Mertsin media üçün bəyanat verəcəyi mümkündür.
Xatirə SADİQ