"Üç dəfə banlamaq, bir dəfə fırlanmaq..." - Zaxarova nə demək istədi?
“Kuril adaları ilə bağlı qondarma problemi Yaponiyaya ABŞ sırıyıb”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu mövzunu Yaponiyaya İkinci Dünya müharibəsindən sonra ona himayədarlıq edənlər sırıyıblar. Məhz bir dövlətə, həmin şəhərlərin dinc sakinlərinə iki atom bombası atmaqla. Bu yolla məsələ onlara qəbul etdirildi. Bu, Yaponiya xalqının alçaldıcı vəziyyətə salınması idi”, - diplomat bildirib.
Mariya Zaxarova Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə bağlı Yaponiya tərəfinin etirazının “hansısa məzmundan məhrum ritual”a bənzədiyini qeyd edib:
“Etiraz” sözündə müəyyən məna var, həm forma, həm də məzmun baxımından müəyyən məzmun daşıyır. Burada isə bu, bir ritualdır. Şərti olaraq desək, beş dəfə fırlanmaq, üç dəfə banlamaq, bir dəfə masanın üstünə çıxıb oradan tullanmaq lazımdır. Ritualdır”.