Niyaməddin Musayevin qızı hər şeyi DANIŞDI - "Kanadaya köçəndə..."

Son günlər Xalq artisti Niyaməddin Musayevin qızı Röya Musayeva haqqında informasiyalar mediada böyük müzakirələrə səbəb olub.

Jan 27, 2026 - 21:52
Jan 27, 2026 - 23:36
Niyaməddin Musayevin qızı hər şeyi DANIŞDI - "Kanadaya köçəndə..."

SAVASHMEDİA.az xəbər verir ki, yaranan suallarla bağlı Röya Musayeva oxu24.com-a müsahibə verib.

Həmin müsahibədən bir hissəni təqdim edirik:

- Röya xanım, bu gün yerli mediada vəzifənizdən azad olunmağınız barədə məlumat yayıldı. Bu informasiya müəyyən suallara səbəb oldu. Siz vəzifəndən nə vaxt azad olunmusunuz?

- Bütün bunlar yalnış informasiyalardır. Mən Kanadaya köçməzdən əvvəl ərizəmi yazıb, işdən çıxmışam. Bundan əvvəl yazılan xəbərlərdə də, mənim həmin nazirlikdə işlədiyim yazılmışdı. Yəni əvvəllər işləmişəm, hazırda yox. Yayılan xəbərdə hazırda orada işləyir yazılmamışdı axı. Bu xəbərlər hardan çıxdı?

- Röya xanım, sosial şəbəkələrdə sizin müğənni Təranə Qumralın müraciətindən sonra işdən çıxarıldığınız iddia olunur. Buna münasibətiniz?

- Bu, tamamilə əsassız xəbərdir. İllər öncə öz ərizəmlə vəzifədən azad olunmuşam. Xahiş edirəm, bu xəbərləri yazarkən Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəsmi məlumatlarına istinad edin. Orada hər şey yazılıb. Bəzi jurnalistlər, adamlar qruplaşma yaradıblar. Müəyyən təbliğatlar aparırlar. Ayıbdır vallah. Qurumla durumun mənasını ayırd edə bilməyən adam məni işdən necə çıxartdıra bilər ki? Mümkünsüz şeydir...

- Röya xanım, ən çox sizin polkovnik rütbəsini daşımağınız müzakirə olunur.

- Yalnışdır. Məni bu cürə mənasız suallarla narahat etməyin.