Dövlət Turizm Agentliyi "saman altından su yeridə bilmədi" - 19 litrlik su istəyinə "yox" deyildi
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin 2000 ədəd 19 litrlik içməli su almaq üçün keçirmək istədiyi satınalma baş tutmayıb.
SAVASHMEDIA.az xəbər verir ki, Mərkəz bu məqsədlə 7800 manatdan bir qədər çox vəsait ayırıbmış.
Bu isə bir qab suyun qiymətinin təxminən 3,90 manat olması deməkdir.
Məlumata görə, həmin vaxt 19 litrlik suyun çatdırılma da daxil olmaqla pərakəndə satış qiyməti 3,50 manat, topdansatış qiyməti isə 2,90 manat civarında olub. Bu halda Mərkəzin nəzərdə tutduğu qiymət bazardakı topdansatış qiymətindən 1 manat yüksək olub.
Satınalmanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən razılaşdırılmadığı qeyd edilir.
Amma açıq mənbələrdə satınalmanın məhz bu qiymət fərqinə görə rədd edildiyini təsdiqləyən rəsmi sənəd yoxdur.
Oğuz