Ukraynaya 503, Rusiyaya 42 hərbçinin meyiti təhvil verildi
Ukrayna və Rusiya arasında həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadilə prosesi keçirilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna və Rusiya KİV-ləri məlumat yayıb.
Ukraynanın hərbi əsirlərlə davranış məsələləri üzrə Koordinasiya Qərargahından bildirilib ki, mübadilə zamanı 503 ukraynalı hərbçinin cəsədi Ukrayna hökumətinin nəzarətində olan əraziyə qaytarılıb.
Onların 403 nəfəri Donetsk, 12-si Luqansk, 57-si Zaporoje istiqamətlərindən, 31-i isə Rusiya ərazisindəki morqlardan təhvil verilib.
Koordinasiya qərargahından bildirilib ki, Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə ölənlərin şəxsiyyəti ən qısa zamanda müəyyən ediləcək.
Rusiya Dövlət Dumasının deputatı, hərbi əməliyyatlar məsələləri üzrə koordinasiya qrupunun nümayəndəsi Şəmsail Sarəliyev bildirib ki, ölkəsinə 42 rusiyalı hərbçinin cəsədi təhvil verilib.
Onun sözlərinə görə, mübadilə dekabrın 20-də baş tutub.
Xatirə SADİQ