“Qazprombank”la bağlı qaz ödənişləri üçün istisna etdilər

Türkiyə və Macarıstanın Rusiya qazına görə ödənişlərini ABŞ “Qazprombank”a qarşı tətbiq etdiyi sanksiyalarında istisna halı kimi nəzərə alıb.

Dec 20, 2024 - 16:07
“Qazprombank”la bağlı qaz ödənişləri üçün istisna etdilər

SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib. 

“Bu gün onlar “Qazprombank”la bağlı qaz ödənişləri üçün istisna etdilər, bu yaxşı xəbərdir. Lakin biz regional müttəfiqlərimizlə birlikdə sanksiyaları pozmayan, lakin qaz ödənişlərinə imkan verən alternativ bir həll yolu hazırlamışıq”, - deyə Sijarto bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasına qarşı son sanksiyalar ABŞ-nin bəzi müttəfiqlərinə mənfi təsir göstərə bilər.

Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, Türkiyə həmçinin  Rusiya qazına görə ödənişlərini ABŞ-nin “Qazprombank”a qarşı tətbiq etdiyi sanksiyalardan azad etməyə razılaşma əldə ediblər.

Xatirə SADİQ