Tramp BBC-ni məhkəməyə verdi - 5 milyard dollar tələb edir
ABŞ Prezidenti Donald Tramp BBC telekanalını məhkəməyə verib.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb 2021-ci il yanvarın 6-da ABŞ Konqresində prezident seçkilərinin nəticələrinin təsdiqləndiyi gün Trampın etdiyi çıxışın BBC tərəfindən qəsdən təhrif edilməsidir.
Trampın vəkilləri iddia edir ki, yayımçı Kapitoliyə hücumun baş verdiyi gün D.Trampın etdiyi çıxışdan təxminən 54–55 dəqiqə sonra səsləndirilmiş iki ayrı ifadəni montaj edərək birləşdirib. Montaj nəticəsində də D.Trampın tərəfdarlarını guya zorakılığa çağırdığı təəsuratını yaradıb.
ABŞ Prezidenti BBC-dən 5 milyard dollar təzminat istəyir. BBC Trampdan üzr istəsə də, onun kompensasiya tələblərini rədd edib.
Banu