Türkiyədə Maskın çat-botuna giriş qadağan edildi – Atatürkü və Ərdoğanı...

Türkiyə məhkəməsi İlon Maskın yaratdığı xAI şirkətinin Grok chat-botunun  məzmununun bəzi hissəsinə girişin məhdudlaşdırılması barədə qərar qəbul edib. 

Jul 9, 2025 - 14:56
Türkiyədə Maskın çat-botuna giriş qadağan edildi – Atatürkü və Ərdoğanı...

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Yerli hakimiyyət orqanları qeyd edib ki, chat-bot Prezident Rəcəb Tayyib Ərdoğanı, müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkü və dini dəyərləri təhqir edən cavabları generasiya edir.

Ankara Baş Prokurorluğu bildirib ki, araşdırmaya başlayıb. Bu, Türkiyə tarixində ilk dəfə olaraq süni intellekt vasitəsi ilə yaradılan məzmunun qadağan edilməsi halıdır. 

Hakimiyyət qanunların pozulduğuna diqqəti cəlb edib. Bu cür təhqirlər cinayət hesab olunur və 4 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Xatirə SADIQ