Səfirlikdən erməni qadınlara xəbərdarlıq - "ABŞ-də doğmayın"

Erməni qadınlara doğum etmək üçün ABŞ-a ziyarət vizası ilə daxil olmamaq barədə xəbərdarlıq edilib.

May 25, 2025 - 01:32
Səfirlikdən erməni qadınlara xəbərdarlıq - "ABŞ-də doğmayın"

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Amerikanın İrəvandakı səfirliyi öz Facebook səhifəsində məlumat yerləşirib.

Səfirlik Ermənistan vətəndaşlarına uşaq dünyaya gətirmək üçün ziyarətçi vizası ilə ABŞ-a daxil olmamaq barədə xəbərdarlıq edib.

Diplomatik missiya qadınlara xatırladıb ki, “doğum turizmi” qadağandır.

Açıqlamada deyilir: “Uşağın Amerika vətəndaşı olması üçün ABŞ-də uşaq dünyaya gətirmək məqsədi ilə səyahət üçün vizadan istifadə edilməsinə icazə verilmir”.

O da bildirilib ki, Amerika konsulluğu müraciət edənlərin belə niyyətləri olduğundan şübhələnərsə, müraciətlər rədd ediləcək.