Pezeşkiandan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA - "Tək narahatlıq odur ki.."
Zəngəzur dəhlizi ilə bağlı vəziyyət xəbərlərdə şişirdildiyi kimi deyil.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Ağ Evdə imzaladıqları ilkin sülh sazişi haqqında sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu məsələdə İran İslam Respublikasının tələbləri qarşılanıb.
"Amma əsas odur ki, ərazi bütövlüyü, eləcə də Avropaya və ya şimala gedən yolumuzun bağlanmaması məsələləri nəzərə alınıb. Narahatlıq doğuran yeganə məsələ yolun ABŞ və Ermənistan şirkətləri tərəfindən tikilməsi ilə bağlıdır", - İran Prezidenti əlavə edib.