Zelenski xanımı ilə bu ölkəyə getdi

Ukrayna Prezidenti Vladimir Zelenski həyat yoldaşı Yelena Zelenskaya ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Feb 17, 2025 - 01:19
Zelenski xanımı ilə bu ölkəyə getdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə dövlət başçısı özünün “Telegram” kanalında məlumat verib.

“Daha çox vətəndaşımızın əsirlikdən vətənə qayıtması prioritetdir,” – Zelenski qeyd edib.

Prezidentin sözlərinə görə, BƏƏ-yə səfərin məqsədi həm də investisiyalar, iqtisadi tərəfdaşlıq və “böyük humanitar proqram”ı müzakirə etməkdir.