İmran Xana və həyat yoldaşına HÖKM OXUNDU

Pakistanın keçmiş Baş naziri İmran Xan korrupsiya ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Jan 17, 2025 - 20:11
İmran Xana və həyat yoldaşına HÖKM OXUNDU

SAVASHMEDİA.az xarici mediaya istinadən xəbər verir ki, siyasətçinin həyat yoldaşı Buşra Bibi də 7 illik həbs cəzası alıb.

Xatırladaq ki, 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edən İmran Xan 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində postundan uzaqlaşdırılıb. Keçmiş Baş nazir ötən ilin yanvarında dövlət sirrini yaymaq ittihamı ilə də mühakimə olunub.