"Acuna çox aşiq idim, onunla ruhən evliyəm" - Ilıcalının keçmiş xanımından ETİRAF
Acun Ilıcalının keçmiş həyat yoldaşı, fenomen, Şeyma Subaşı şəxsi həyatı ilə bağlı yeni açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, Elif Karadayının “Youtube”da yayımlanan proqramına qatılan Subaşı "Neçə dəfə aşiq olmusunuz?" sualını cavablandırıb.
O bildirib ki, Acuna çox aşiq olub:
"Hər şeyə aşiqəm. Sevməyi sevirəm. Amma romantik eşq dediyimiz şey həyat yoldaşınıza olan sevgidir. Həyatımda bir dəfə çox aşiq olmuşam. ona görə də Melisa doğuldu. Digər münasibətlərimdə də aşiq olduğumu düşünürdüm, amma anladım ki elə deyilmiş".
Subaşı braziliyalı model sevgilisindən də bəhs edib:
Həyatımda ömrümün sonuna qədər olacağını düşündüyüm biri var. Düşünürəm ki, onunla ölümə belə gedərəm”.
Fenomen evliliyə inamının qalmadığını bildirib:
"Ruhum evlidir. Mən o insanla evliyəm. Belə hiss edirəm".
Xatırladaq ki, Acun Ilıcalı ilə Şeyma Subaşı 2017-ci ildə ailə qurublar. Cütlüyün bu evlilikdən Melisa adlı qızları doğulub. Cütlük övladları doğulandan sonra, 2018-ci ildə boşanıb.
Yağmur