"Qalatasaray" "Hatayspor" baryerini aşa bilmədi - VİDEO
Türkiyə Superliqasının XX turunun açılış matçında "Qalatasaray" "Hatayspor"un qonağı olub.
SAVASHMEDİA.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflərdən heç biri üstünlük qazana bilməyib.
1-1 hesabı ilə tamamlanan oyunda "Hatayspor"un qolunu 28-ci dəqiqədə Cemali Sertel atıb.
"Qalatasaray" isə 56-cı dəqiqədə Viktor Osimhenin penaltidən atdığı qolla hesabı bərabərləşdirib.
Bununla da "Qalatasaray" 51 xalla turnir cədvəlindəki liderliyini qoruyub.