Türkiyədə gündəm olan TOY DƏVƏTNAMƏSİ - AKP-li sədr gəlininin əvəzinə... + FOTO
Türkiyənin Ordu şəhərinin Aybastı rayonunda maraqlı hadisə qeydə alınıb.
SAVASHMEDİA.az xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Aybastı rayon təşkilatının sədri Kamil Yediyıldızın oğlu Enes Yediyıldız və gəlini Zübeydenurun toy mərasimi üçün hazırlatdırdığı dəvətnamə ölkədə gündəm olub.
Buna səbəb sözügedən dəvətnamədə bəylə gəlin əvəzinə, ata-oğul - Enes və Kamil Yediyıldızın şəklinin həkk olunmasıdır.
K.Yediyıldız dəvətnaməni sosial şəbəkə profillərində paylaşıb. Sədr dəvətnaməni şəxsən çatdıra və zənglə dəvət edə bilmədiyi şəxslərdən üzr istəyib. Sosial şəbəkədəki paylaşımının ürəkdən edilən dəvət kimi qəbul olunmasını xahiş edib.
Banu