“Ukrayna özünü müdafiə etməyi bacaranda Putin danışıqlara gedəcək”

Almaniya Federativ Respublikası kansleri vəzifəsinə namizəd Fridrix Merts Kiyevə səfər edib. 

Dec 9, 2024 - 13:20
“Ukrayna özünü müdafiə etməyi bacaranda Putin danışıqlara gedəcək”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Merts “X” sosial şəbəkəsində yazıb.

O, bildirib ki, yalnız Ukrayna özünü müdafiə edə bildiyi zaman Rusiya prezidenti Vladimir Putin danışıqlara gedəcək.

“Ukraynadakı müharibə mümkün qədər tez bitməlidir. Putin yalnız Ukrayna özünü müdafiə edə bildiyi zaman danışıqlara gedəcək”.

Alman demokratik müxalifətinin namizədi qeyd edib ki, Ukraynada vəziyyətin necə olduğunu və Almaniyanın harada dəstək verə biləcəyini öyrənmək üçün Kiyevə gəlib.

Xatırladaq ki, oktyabr ayında Merts kansler Olaf Şoltsa Britaniya və Fransa ilə birlikdə Putinə ultimatum verməsini təklif etmişdi. “Ona (Putinə - red) demək lazımdır: 24 saat ərzində Ukraynada dinc sakinləri bombalamağı dayandırmasa, Almaniya bu rejimin Ukraynanın mülki əhalisinə zərər vermək üçün istifadə etdiyi təchizat xətlərini məhv etmək üçün “Taurus” raketlərini göndərməlidir”, - zaman Merts vurğulamışdı. 

Xatirə SADİQ