İspan qadın özünü onun kortejinin üzərinə atmaq istədi
Romada ispan qadın fəalı digər üç nümayişçi ilə birlikdə Papa Fransiskin “Günahsız döllənmə” mərasiminə yollanan kortejinin avtomobillərindən birinin üzərinə tullanmaq istəyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “ANSA” agemtliyi məlumat yayıb.
Agentlik yazıb ki, ispan qadın bu məqsədlə meydan qarşısındakı baryeri aşıb. Lakin polis və jandarm müdaxilə edərək, onun qarşısını kəsib.
Papa Fransisk bir neçə dəqiqəlik fasilədən sonra yoluna davam edə bilib və adəti üzrə planlaşdırılmışşəkildə Məryəmə ehtiram aktını həyata keçirib.
Dörd fəalın hamısı saxlanılaraq həbs edilib.
Xatirə SADİQ