"Mənimlə məzələnirsən?" - Putin

Rusiya Prezidenti Vladimir Putin “Sber”in süni intellekt sərgisinə baxış zamanı maraqlı bir zarafat edib.

Nov 19, 2025 - 23:18
"Mənimlə məzələnirsən?" - Putin

O, robotların bəzən testləri özlərinə qarşı istehza kimi qəbul edə biləcəyini bildirib.

Putin gülümsəyərək deyib: “Bir də görərsən, robot alnına birini vurdu: ‘Sən nə, mənimlə məzələnirsən?’”

Prezidentin bu sözləri tədbirdə yumorla qarşılanıb və süni intellekt mövzusunda sərginin ən çox müzakirə olunan məqamlarından birinə çevrilib.  (musavat)