4 yaşlı uşağın formasını çıxartdıran azarkeş DANIŞDI - “Ona hədiyyə alacağam” + VİDEO

“Gənclərbirliyi” - “Fənərbağça” matçında 4 yaşlı uşağın əynindəki “Fənərbağça” formasını çıxartdıran Şenel Akdemir açıqlama verib.

Aug 18, 2026 - 13:04
Aug 18, 2026 - 14:46
4 yaşlı uşağın formasını çıxartdıran azarkeş DANIŞDI - “Ona hədiyyə alacağam” + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, hadisə avqustun 15-də Ankaradakı Eryaman stadionunda qeydə alınıb.

Akdemir baş verənlərlə bağlı bunları deyib:

“Tribunada mənə “Fənərbağça” azarkeşlərinin olduğu deyildi. Ataya dedim ki, ya çölə çıxın, ya da uşağın formasını çıxarın. Uşaqla heç bir fiziki təmasım olmayıb. Tribunada gərginlik vardı və aşağı tərəfdən uşağa qarşı kəskin reaksiyalar göstərilirdi. Polis uşağı qucağına alanda rahatladım”.

O daha sonra uşağın atası ilə polis bölməsində görüşdüyünü də bildirib: 

“Çox nəzakətli adamdır. Amma mən orada həm uşağı, həm də atasını qorumaq üçün belə etdim. Əgər qəlbləri qırılıbsa, başımın üstündə yerləri var. Uşağa hədiyyə vermək istəyirəm”.

Hadisə ilə bağlı hüquqi araşdırma aparılır. Akdemir məhkəmə nəzarəti tədbiri tətbiq edilməklə sərbəst buraxılıb.

Səlcuq