"Tualetdə məndən Putini soruşur..." - Fitsodan ŞOK AÇIQLAMA
Almaniya kansleri Fridrix Merts Slovakiyanın Baş naziri Robert Fitsonun 9 Mayda Moskvaya səfər etməsinə etiraz olaraq Bratislavaya gəlməkdən imtina edə bilər.
SAVASHMEDİA.az xəbər verir ki, Fitso Almaniya kanslerinin Bratislavaya gəlməmək kimi siyasi səhvə yol verə biləcəyinə inanmadığını deyib.
O, daha sonra əlavə edib ki, Moskvaya səfər etmək və Rusiya Prezidenti Vladimir Putinlə görüşmək nöqsan sayılmamalıdır:
"Axı avropalı həmkarlar mənimlə tez-tez Putinlə bağlı söhbət edirlər. Onlar məni hətta tualetdə belə Putinlə bağlı soru-suala tuturlar. Bir tərəfdən ona görə tənqid olunuram, amma inanın mənə, sonradan tualetə gedəndə arxamca gəlib məndən soruşurlar: "Robert, Putin nə dedi?'” Mən də cavab verirəm ki, Allah xatirinə, niyə özün onun yanına gedib dialoqa girmirsən?”
Oğuz