Kəramət Böyükçöl döyülməsindən YAZDI
Bir neçə gündür, sosial şəbəkələrdə 271 saylı orta məktəbdə bir şagirdin digərini döyərək videoya çəkib paylaşması müzakirə olunur.
SAVASHMEDİA.az xəbər verir ki, yazıçı Kəramət Böyükçöl sözügedən olayla bağlı fikirlərini bölüşüb.
Orta məktəbdə oxuyarkən özünün də döyüldüyünü xatırladan yazarın paylaşımını təqdim edirik:
"271 saylı orta məktəbdə təhsil alan bir şagird digər şagirdlərə qarşı fiziki zorakılıq etdiyi videoya baxdım. Özündən bir az zəif şagirdi basır yumruğun, şillə-təpiyin altına, döyür. Mənə çox pis təsir elədi.
O uşağın təhsil ocağında belə bir hərəkət etməyinin hüquqi məsuliyyəti varmı, varsa nədən ibarətdir, bilmirəm. Amma elə xarakter var ki, həyat onu cəzasız qoymur. Həyat o yumruq atan uşağın da cəzasını verəcək.
Yadıma gəlir, məni də məktəbdə elə döymüşdülər. Həmin döyən şagird 15 il sonra narkotikdən öldü. Özü də zarıya-zarıya, sürünə-sürünə, yerinə s*ça-s*ça, şalvarına iş*yə-iş*yə öldü".
Səlcuq