Məhkəmə müəllimini vuran şagirdlə bağlı QƏRAR VERDİ

“İdrak” liseyində silahlı insident törədən şagird həbs edilib.

Feb 7, 2026 - 16:33
Məhkəmə müəllimini vuran şagirdlə bağlı QƏRAR VERDİ

SAVASHMEDİA.az xəbər verir ki, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Şagirdə qarşı Cinayət Məcəlləsinin 29 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, bu maddənin sanksiyasında 9 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur. Lakin qanuna görə 18 yaşı tamam olmamış şəxslərə 10 ildən artıq cəza verilə bilməz.