“Metro çəkməyək, mərkəz dolmasın” deyən Vüsal Aslanovun DOSYESİ - Özü harada doğulub?

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun son müsahibəsində səsləndirdiyi fikirlər sosial şəbəkələrdə etirazla qarşılanıb.

May 15, 2026 - 21:18
May 15, 2026 - 22:00
“Metro çəkməyək, mərkəz dolmasın” deyən Vüsal Aslanovun DOSYESİ - Özü harada doğulub?

Xatırladaq ki, o, indiki şəraitdə paytaxt ətrafındakı qəsəbələrin metro vasitəsilə mərkəzə birləşdirilməsinin məqsədəuyğun olmadığını deyib.

“... Burada incə bir nüans da var, qeyd etdiyiniz Binəqədi, Bakıxanov, Qaraçuxur, Yeni Yasamal kimi yerlərdə metro stansiyaları tiksək, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində onsuz da bizim mövcud olan və çox yüklənmiş infrastrukturumuz tamamilə iflic vəziyyətə düşə bilər", - Metropoliten rəhbəri bildirib.

Maraqlıdır, ətraf ərazilərdəki sakinlərin Bakının mərkəzinə gəlişinin qarşısını almağa çalışan Vüsal Aslanovun özü harada anadan olub? 

SAVASHMEDİA.az onun dosyesini təqdim edir:

Vüsal Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb.

2004-cü ildən "Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.

2005-2006 illərdə hərbi xidmətdə olub. 2006-2013 illərdə "Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.

V.Aslanov 2010-2014 illərdə "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə "Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, "Retro-Park” MTK-nin sədri vəzifəsində çalışıb. 09.10.2015-ci ildən 20.07.2016-cı ilədək "Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri kimi fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2024-cü il tarixli 415 nömrəli Sərəncamı ilə "Bakı Metropoliteni" QSC-nin sədri təyin edilib.

Oğuz