Bu görüntü “daha "Badamlı" içməyəcəyəm” etirazına səbəb oldu - Amalyanın VİDEOSU
Blogerlərin Naxçıvanda çəkdikləri iki ayrı görüntü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, görüntülərdə bloger Həmidə Səlimovanın “Əshabi-Kəhf” ziyarətgahında qısa donla pozalar verdiyi, Amalya adlı xanımın isə Badamlıda ayaqyalın su mənbəyinin içərisində gəzdiyi görünür.
Sosial şəbəkə istifadəçiləri ziyarətgahın müqəddəs məkan olduğunu bildirərək çəkiliş zamanı daha uyğun geyim və davranışa riayət edilməli olduğunu qeyd ediblər.
Tənqidlərin ardından Həmidə Səlimova həmin videonu silib və açıqlama verərək heç kimi incitmək niyyətində olmadığını deyərək üzr istəyib.
Amalyanın Badamlı su mənbəyində ayaqyalın gəzməsi isə sosial şəbəkələrdə daha ciddi etirazlara səbəb olub. Bəzi istifadəçilər bu görüntülərdən sonra “Badamlı” suyundan istifadə etməyəcəklərini bildiriblər.
Səlcuq