Fitso Zelenski ilə bağlı həmin şayiədən DANIŞDI - "Od olmasa, tüstü çıxmaz"
“Ukrayna Prezidenti Volodimir Zelenskinin narkotik aludəliyi ilə bağlı yayılan şayiələr doğru ola bilər”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso özünə qarşı təşkil olunmuş silahlı hücumun ildönümü ilə əlaqədar çıxışı zamanı deyib.
“Hesab edirəm ki, hansısa məlumat təkrar-təkrar yayımlanırsa, burada “od olmayan yerdən tüstü çıxmaz” prinsipi əsas götürülməlidir” - Fitso bildirib.
Baş nazir qeyd edib ki, artıq mediada yayımlanan iddiaları şərh etməkdə maneə görmür.
Qeyd edək ki, bu, Robert Fitsonun Volodimir Zelenski və Ukrayna əleyhinə ilk çıxışı deyil. Baş nazir ötən ilin yanvarında Zelenskinin “Avropanın problemlərinin səbəbkarı” olduğunu bildirib.
Fitso Ukrayna prezidentini Avropa ölkələrindən daim pul istəməkdə ittiham edib. O, Zelenskini “dilənçi”, “şantajçı” və “Slovakiyanın düşməni” adlandırıb. Eyni zamanda, Ukraynanın Rusiya qazının Avropaya tranzitini dayandırmasını “absurd qərar” kimi qiymətləndirib və bunun Slovakiya iqtisadiyyatına zərər vurduğunu bildirib.
Xatırladaq ki, Robert Fitso 15 may 2024-cü ildə sui-qəsdə uğrayıb. Çoxsaylı güllə yaraları ilə xəstəxanaya yerləşdirilən Fitso iki ağır əməliyyatdan sonra 30 mayda evə buraxılıb. Sui-qəsdə görə 71 yaşlı şair Yuraj Cintula hadisə yerində həbs edilib.
Banu