Jozep Borrell atəşkəsə çağırıb
Avropa İttifaqının (Aİ) xarici siyasət komissarı Jozep Borrell BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzzadakı obyektlərinin intensiv atəşə tutulmasını pisləyib.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, Borrell əhalinin humanitar yardıma çıxışına və humanitar yardımın çatdırılmasına imkan yaratmaq üçün dərhal atəşkəsə çağırıb.
Aİ komissarı UNRWA obyektlərinin atəşə tutulması və məhv edilməsinə qarşı olduğunu bildirib.
Xatirə SADİQ