Zelenski NATO-dan dəvəti niyə israrla tələb etdiyini açıqladı

Prezident Vladimir Zelenski tərəfdaşlarından Ukraynaya beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində NATO-ya üzv olmaq üçün dəvət göndərəcəklərini gözləyir.

Oct 22, 2024 - 20:51
Zelenski NATO-dan dəvəti niyə israrla tələb etdiyini açıqladı

SAVASHMEDİA.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə açıqlamasında deyib.

“İkincisi, dəvəti niyə vurğulayıram? Çünki bu, ölkəyə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində verilir. Və bu, mənim üçün prinsipial məsələdir: müharibə zamanı dəvət almaq. Bu, sadəcə, dəvət deyil,  müharibə hələ bitməmiş bir dəvətdir”, - deyə Zelenski vurğulayıb. 

Ukraynanın dövlət başçısı qeyd edib ki, hansı yolları olursa-olsun hüquqi cəhətdən heç kim işğal olunmuş əraziləri başqa dövlətlərin ərazisi kimi tanımayacaq.

Ukraynanın hansı şərtlərlə NATO-ya qoşulacağına və prosesin nə qədər davam edəcəyinə gəlincə, prezident deyib ki, bu, artıq diplomatiya məsələsidir: “Müxtəlif formatlar ola bilər”.

O, nəzərə çatdırıb ki, Ukrayna işğal olunmuş ərazilərin müqabilində NATO-ya üzv olmaq məsələsini müzakirə etmir.

Zelenski həmçinin bildirib ki, müharibənin bitməsi ilə bağlı rusların danışıqlara hazır olması ABŞ-dəki seçkilərdən asılıdır. 

O, hesab edir ki, ABŞ prezident seçkilərinin qalibi Rusiya-Ukrayna müharibəsi ilə bağlı yanvardan əvvəl, rəsmi inauqurasiyadan əvvəl müəyyən addımlar atacaq: “Mənim fikrimcə, ABŞ seçkilərdən sonra siyasətini çox tez nümayiş etdirəcək”.

Zelenskinin sözlərinə görə, Donald Tramp və Kamala Harrislə görüşlərdə aldığı məlumatlara əsasən, “onlar yanvara qədər gözləməyəcəklər”: “Onlar öz səlahiyyətlərinə görə nəyisə edə bilməyəcəklər, amma nəsə edə biləcəklər”. 

Prezident qeyd edib ki, həm Harris, həm də Trampla görüşlər yaxşı keçib, lakin  onları müqayisə etməyəcək.

Xatirə SADİQ