Bu liderlər Kazana gedəsi olmadılar  – Lula da Silva başını əzdi, Vuçiç Tusku qarşılayacaq…

BRİKS sammitinə dəvət olunmuş ölkələrin liderlərinin üçdə biri tədbirdə iştirakdan imtina edib.

Oct 22, 2024 - 20:58
Bu liderlər Kazana gedəsi olmadılar  – Lula da Silva başını əzdi, Vuçiç Tusku qarşılayacaq…

SAVASHMEDIA.az xəbər verir ki, bu barədə “Moscoü Times” məlumat yayıb. 

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, 38 ştata dəvət göndərilib, onlardan 32-nin iştirakı təsdiqlənib, lakin onlardan yalnız 24-ü yüksək vəzifəli şəxslər səviyyəsində təmsil olunacaq.

BRİKS-in üzvü olan Səudiyyə Ərəbistanını onun lideri təmsil etməyəcək. Onun yerinə krallığın xarici işlər naziri sammitdə iştirak edəcək

“Globo” isə xəbər verib ki, BRİKS-in digər üzvü olan Braziliya lideri Lula da Silva da Kazana gələ bilməyəcək. O, iqamətgahındakı skamyadan vannaya yıxılıb və   başının arxasından zərbə alıb. 78 yaşlı dövlət başçısının başına 5 tikiş qoyulub və 3 gün ərzində istirahət etmək tövsiyə olunub. Odur ki, Braziliya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Mauro Vieyra rəhbərlik edəcək. 

Serbiya prezidenti Aleksandr Vuçiç də ölkəsinin tele-radio efirindən bəyan edib ki, Kazana gedə bilməyəcək və onu sammitdə baş nazirin müavini əvəz edəcək. O, bunu öncədən Polşanın baş naziri Donald Tuskla həmin tarixdə görüşünün təyin olunması ilə izah edib. Serbiyanın dövlət başçısı deyib ki, Komarnoda Slovakiyanın və Macarıstanın baş nazirləri ilə keçirəcəyi görüşə Donald Tusk, Yunanıstanın baş nziri Kiriakos Mitsotakis və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də qoşulacaq. 

Vuçiç onu da deyib ki, bu barədə rusiyalı həmkarı Putinə deyib və əgər bu səfərlər də olmasaydı belə, müxtəlif səbəblər üzündən Kazana getməsi çox çətin olardı. 

Sosial şəbəkə istifadəçiləri Vuçiçin və Lula da Silvanın arzumentlərini “Tuskun arxasında gizlənib, “diribaş” gedişdir, amma hər kəs hər şeyi başa düşür”, “Vuçiç öz repertuarındadır”, “Yıxıldı və Rusiyadan incidi”, “Yıxılarkən başı ilə nəsə baş verib” və sair fikirlərlə şərh ediblər. 

Xatirə SADİQ