Jozep Borrell səhəri Kiyevdəki sığınacaqda açdı
Kiyevdə hava hücumu xəbərdarlığı səbəbindən Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik siyasəti üzrə komissarı Jozep Borrell bazar ertəsi səhərini sığınacaqda qarşılamaq məcburiyyətində qalıb.
SAVASHMEDİA.az xəbər verir ki, Borrell bu barədə “X” platformasında yazıb.
Avropa diplomatiyasının rəhbəri mesajına sığınacaqda qaldığını göstərən fotoşəkil əlavə edib.
“Rusiyanın növbəti raket hücumunu həyata keçirdiyi bir vaxtda mən Kiyevdəki günümə sığınacaqda başlayıram. Bu, Rusiyanın genişmiqyaslı işğalından sonra Ukrayna xalqı üçün gündəlik reallıqdır”, - deyə Borrell bildirib.
Qeyd edək ki, Borrell Kiyevə noyabrın 9-da gəlmişdi.
KİV iddia edirdi ki, onun Kiyevə sonuncu səfəri Donald Trampın seçkilərdə qələbəsindən sonra da Avropanın Ukraynanı dəstəkləyəcəyinə əmin etməklə əlaqədar idi.
Xatirə SADİQ