Putini gözləyən şəhərdə zibilliyi “Fəxr edirik” pankartı ilə gizlətdilər - VİDEO
Rusiya prezidenti Vladimir Putinin Volqoqrada gəlişi ərəfəsində şəhərin marşal Rokosovski küçəsindəki zibilliyin qarşısına üzərində “Fəxr edirik” yazılmış pankart yerləşdirilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ASTRA telegram kanalı məlumat yayıb.
“Biz böyük qələbənin 80 illiyinə belə hazırlaşırıq. Deməli, binaların fasadlarını səliqəyə salmaq, belə zibillikləri, zibilləri yığışdırıb şəhərdə qayda yaratla məşğul olmaq əvəzinə rəhbərlik olmaq əvəzinə, bütaforiya qurur, pərdələyir”, - deyə videonun müəllifi hiddətlənir.
Onun sözlərinə görə, şəhərdə qonaqların – Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun gəlişinə hazırlaşırlar.
Xatirə SADİQ