Rubiodan sonra Vens təhdid etdi - “ABŞ danışıqlardan çıxacaq”

“Ukrayna və Rusiya sazişin şərtlərini qəbul etməsələr, ABŞ danışıqlardan çıxacaq”.

Apr 23, 2025 - 13:26
Rubiodan sonra Vens təhdid etdi - “ABŞ danışıqlardan çıxacaq”

SAVASHMEDİA.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens Hindistana səfəri zamanı bildirib. 

Vitse-prezident qeyd edib ki, sülh sazişi bağlamaq üçün Ukrayna və Rusiya bəzi ərazilərdən imtina etməli olacaqlar.

Onun sözlərinə görə, ölkəsi Rusiya və Ukraynaya sülh razılaşması yolu ilə bağlı çox açıq təklifdə bulunub. 

“Onların ya “hə” deməsinin, ya da ABŞ-nin bu prosesdən çəkilməsinin vaxtı gəlib çatıb”, - deyə Vens əlavə edib. 

Trampın müavini hesab edir ki, hazırkı cəbhə xətti boyunca müharibənin dondurulması zəruridir.

Xatirə SADİQ