Rusiya Trampın münaqişəni həll edəcəyinə inanmır
Rusiyanın ABŞ-nin seçilmiş prezidenti Donald Trampın hakimiyyətə gələcəyindən sonra Ukrayna münaqişəsində dəyişikliklərlə bağlı heç bir illüziyası yoxdur.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalının efirində deyib.
"Biz Ukrayna böhranının asan nizamlanması perspektivləri ilə bağlı heç bir illüziya hiss etmirdik və hiss etmirik”, - deyə Lavrov vurğulayıb.
Nazirin sözlərinə görə, hamı hansısa dəyişikliyi Donald Tramp administrasiyasının gəlişi ilə əlaqələndirir, lakin münaqişə yalnız Rusiyanın maraqlarını və əlbəttə ki, digər bütün ölkələrin qanuni maraqlarını nəzərə ala biləcək razılaşmalar kontekstində həll edilə bilər.
Qeyd edək ki, Kiyev ilə Moskva arasında sülh danışıqlarının mümkün bərpası mövzusu münaqişəni 24 saat ərzində həll edəcəyinə söz verən ABŞ prezidenti Trampın seçkilərdə qələbəsindən sonra aktuallaşıb.
Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 7-də Parisdə Trampla görüşündən sonra bildirib ki, ABŞ prezidenti sülhün vaxtının yetişdiyinə inanır.
Xatirə SADİQ