Rusiya “bir güllə ilə iki quş” vurmaq istəyirmiş - Yanukoviç planı niyə alınmadı?
Rusiya hərbi müdaxiləyə hazırlaşmaqla yanaşı, həm də siyasi ssenarini – Viktor Yanukoviçin Ukraynada hakimiyyətə qayıdışını həyata keçirmək niyyəti güdürdü.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik İdarəsinin əks-kəşfiyyat bölümü rəhbərliyinin keçmiş əməkdaşı, general-mayor İlya Pavlenki “RBK-Ukrayna”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, həmin dövrdə Yanukoviç özü Belarusda idi və Kiyevdə məhkəmə onun legitim prezident kimi tanınması ilə bağlı işə baxırdı.
“Məhkəmə bu məsələyə baxmağa başladı və müşavirə otağına getdi. Bu o demək idi ki, hakim istənilən an məhkəmə iclasını bərpa etdirə və Yanukoviçin həqiqətən legitim prezident olduğunu elan edə bilər”, - deyə Pavlenko vurğulayıb.
Beləliklə, Rusiya bu vəziyyətdən istifadə edərək, Ukraynada guya “çevriliş” baş verdiyini dünyaya nümayiş etdirə və öz təcavüzünü “qanuni hakimiyyəti bərpa etmək” cəhdi ilə əsaslandıra bilərdi.
Pavlenko qeyd edib ki, bundan başqa, Moskva Ukrayna rəhbərliyinin ölkədən qaçacağına ümid edirdi. Prezident Vladimir Zelenskiyə Kiyevi tərk etməyə çağıran zənglər gəlirdi.
“Yeri gəlmişkən, belə əməliyyatı rusların özlərinin həyata keçirdiklərini istisna etmək olmaz. Qərb liderlərindən biri ilə əlaqə saxlayıb “ona sığınacaq verin, təxliyə edin, çünki biz onu öldürmək istəmirik” və ya bu kimi şeylər dedilər”, - deyə general-mayor təxmin edir.
Xatirə SADİQ