İmamoğlunun diplomunu ləğv edə bilmədilər - Dekanlar imza atmır
İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun diplomu ləğv olunmayıb.
SAVASHMEDİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, diplomun ləğvi ilə bağlı qərar 40 gündür həbsdə olan İmamoğluya təqdim edilməyib.
E-hökumət vasitəsilə edilən axtarışlarda İmamoğlu hələ də İstanbul Universitetinin məzunu kimi görünür.Mətbuatın yazdığına görə, diplomun ləğv edilməməsinin səbəbi bəzi dekanların qərara imza atmaq istəməməsidir.
Qərar İmamoğluya göndərilmədiyi üçün vəkilləri də məhkəməyə şikayət ərizəsi verə bilmirlər.
Banu