Yekaterinburqda məhkəməyə çıxarılan azərbaycanlıların ADLARI

Bu gün Yekaterinburqda məhkəməsi keçirilən azərbaycanlıların adları məlum olub.

Jun 29, 2025 - 11:22
Yekaterinburqda məhkəməyə çıxarılan azərbaycanlıların ADLARI

SAVASHMEDİA.az xəbər verir ki, bunlar Akif Möhbalı oğlu, Ayaz Möhbalı oğlu, Məzahir Möhbalı oğlu və Bakir Mehdi oğlu Səfərovlardır.

Vüqar və Mahəmməd Səfərov qardaşları kütləvi həbslərdən dərhal sonra sərbəst buraxılıblar. Kamal Səfərov reanimasiyadadır.

Əhliman Gənciyev də məhkəmə qarşısına çıxarılacaq. Əməliyyat tədbirlərindən sonra o, xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun dinləmədə iştirakına icazə veriblər. Digər təqsirləndirilən Əziz Abasov isə 36 saylı xəstəxanadadır.

Məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı Baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev və Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinski də iştirak edirlər.

Oğuz