İqbal Ağazadədən Cabir İmanovla bağlı illər öncəki çıxışına REAKSİYA - "Etik deyil"

"Ümid" Partiyasının sədri İqbal Ağazadə Əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı paylaşım edib.

Sep 29, 2025 - 23:55
İqbal Ağazadədən Cabir İmanovla bağlı illər öncəki çıxışına REAKSİYA - "Etik deyil"

SAVASHMEDİA.az xəbər verir ki, o, sosial şəbəkələrdə illər öncəki çıxışının yayılmasına münasibət bildirib.

Onun fikirlərini təqdim edirik:

"Bu gün Əməkdar artist, ŞHK-nun istedadlı aktyoru Cabir İmanov vaxtsız dünyasını dəyişdi.

Cabir İmanovun ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüznlə başsağlığı verirəm, qəbri nurla dolsun, Allah rəhmət etsin. 

2018-ci ildə mərhum Cabir İmanov haqqında bir çıxışım var, çox təəssüf ki, o çıxışı bu gün yenidən sosial şəbəkə istifadəçiləri israrla paylaşırlar. 

 Olanlar acı bir tarixdir, lakin gənc yaşında dünyasını dəyişmiş istedadlı aktyorun ölüm günü belə hadisələri xatırlatmaq , məncə , məqsədəuyğun və etik deyil.

Allah Cabir İmanova rəhmət etsin.

P. S. Mən heç zaman vəzifədən çıxarılan kiminsə arxasınca danışmamışam,kresloda olarkən irad və tənqidlərimi açıq bildirmişəm.

Dünyasını dəyişənlərə isə yalnız rəhmət diləyirəm, nəinki ölümündən sonra nəsə danışmaq..."

Oğuz